Türkiyənin yeni hərbi hərəkatda əsas 4 hədəfi

Baxış sayı:
5287

Türkiyə Silahlı Qüvvələri(TSQ) Fəratın şərqindəki terror hədəflərini məhv etmə məqsədli bu əməliyyatı sahədəki hakimiyyətini təmin etmək məqsədi ilə reallaşdıracaq. Bu səbəbdən əməliyyat Ərdoğan tərəfindən açıqlandı. Terror təşkilatının üzvləri əvvəlcədən müəyyən edilmiş bölgələrdən ayrılarsa, TSK ilə qarşı-qarşıya qalmayacaqlar. Ərdoğanın şərhində, "Bizim hədəfimiz ABŞ əsgəri deyil, terrorizmdir" fikrinin yer alması TSQ-nın məqsədini ortaya qoyur. Türkiyənin məqsədi orada insan öldürmək deyil, bölgəni terror ünsürlərindən və təhdidlərdən təmizləməkdir.
 
Əsas 4 hədəf:
1.Sahədəki hakimiyyətini təmin etmək
2.Suriya-Qəndil əlaqəsini kəsmək
3.Hərbi-siyasi hərəkatın təzyiqindən yararlanmaq
4.​​Terror dəhlizinin bağını qoparmaq
 
PKK ÜÇÜN OYUNLAR BİTDİ
 
Hərəkatla birlikdə artıq Firatın şərqində terror təşkilatı PKK / YPG və dəstəkçiləri üçün, "game over" (oyun bitdi) mesajı verilmiş olur. Çünki Türkiyə sərhədlərindən böyük nisbətdə təmizlənən, hərəkət imkanları məhdudlaşan, fərdi hücumlar belə edə bilməyəcək vəziyyətə gələn, itirdiyi döyüşçülərin yerinə yenisi ilə əvəz edə bilməyən terror təşkilatı üçün Suriya sahəsindəki CENTCOM qoruması altındakı sahə də artıq etibarlı deyil. İki dəfə sınadığı məhəllə toqquşmalarından ağır zərbə alaraq çıxan terror təşkilatı, indi Suriyadakı vəziyyəti istifadə edərək oradan Türkiyə və əhaliyə təzyiq edə bilməyəcək.
 
XÜSUSİ HƏRƏKAT PLANLAŞDIRMASI EDİLDİ
 
Hərəkat üçün Türkiyə son ana qədər səbr etdi. Ancaq dövlətin zirvəsində ABŞ-ın baş qatma taktikasına dözməməklə bağlı qərar verildi. Hərəkat planı Türkiyəni ABŞ ilə bütünlüklə döyüşə soxacaq bir yanaşma deyil, ustalıqla və dəqiqliklə hazırlanıb. Bunun üçün 16 min nəfər xüsusi təlim keçmişdir. Xüsusi sistemlər “Fərat Qalxanı” və “Zeytun budağı” hərəkatından öyrənilən dərslərlə inkişaf etdirildi və simulyasiyalar yaradıldı. Fəratın şərqindəki ərazi quruluşu, terror təşkilatının əldə etdiyi imkan və qabiliyyətlər, silah və təchizat vəziyyəti, CENTCOM əsgərlərinin olduqları bölgələr xəritələndi, təhlil edildi. Deir-ez-Zor şəhərinə qədər uzanan ərazidə terrorçular aşkar edilib, lojistik və hücum edə biləcəyi sahələr müəyyənləşdirilib. 40 km dərinliyində bir marşrut cızılıb.
 
QƏNDİL ƏLAQƏSİ KƏSİLƏCƏK
 
Fəratın şərqindəki hərəkata qədər İraqın şimalında 35 kilometr dərinliyə qədər irəliləyən Mehmetcik orada bir bölmə yerləşdirib. Sərhəd xəttində radio stansiyalar quraşdırılmışdır. Texniki və elektron kəşfiyyat potensialının ən yüksək səviyyələri isti qarşıdurma perspektivləri olan bölgələrdə tətbiq edilmişdir. Şimali İraq-Qəndil-Sincar / Karaçok bölgəsi və PKK düşərgələrinə qarşı arası kəsilmədən əməliyyatlar həyata keçirilib. Qəndil-Suriya əlaqəsi kəsilməzdən əvvəl PKK rəhbərliyi üçün nöqtə əməliyyatları həyata keçirilib. Çox sayda terror təşkilatı liderləri təsirsiz hala gətirilib. ABŞ-a Suriya məsələsinin çözümünü PKK kartı üzərindən həll edə bilməyəcəyi bölgədə və diplomatik sahədə sabit mesajlar verildi.
 
ƏSAS HƏDƏF TERROR DƏHLİZİNİ BAĞLAMAQ
 
Türkiyə rəhbərliyi alınan qərarla artıq 70 min terrorçuya təlim verilməsini və bunların meydana gətirəcəyi terror dəhlizini birdəfəlik qapatmaq üçün düyməyə basıb. Bu hərəkat müvəffəqiyyətlə tamamlandığında TSQ-nin ASO ilə birlikdə reallaşdırdığı Cerablus, El Rai və El Bab bölgələrində, Afrində reallaşdırdığı hərəkatlardan sonra bu dəfə Fəratın şərqini da bütün terror ünsürlərindən təmizləyəcək. Afrin və Kobani kantonlarının birləşməsi bu əməliyyatlarla necə əngəlləmişdisə, indi də Fəratın şərqi ilə Qəndilin əlaqəsi kəsiləcək. Münbiçdə ABŞ-la İdlibdə Rusiya ilə əməkdaşlıq edərək bölgə terror ünsürlərindən təmizləndikdən sonra Türkiyənin sərhəd xətti terror təhdidindən qurtarılmış olacaq.
Müxalifət.az