“Türkiyənin vasitəçilik təklifini məmnuniyyətlə qarşılayırıq” – Pakistandan açıqlama

Baxış sayı:
7294

Pakistanın Türkiyədəki səfiri Səccad Qazi, 'dost və qardaş ölkə' olaraq gördükləri Türkiyənin Pakistan və Hindistanın bölgədə yaşadığı böhranın həllində vasitəçi olmasından məmnunluq duyacaqlarını ifadə edib.
 
Türkiyənin Pakistan və Hindistan arasındakı gərginliyin azaldılmasında oynaya biləcəyi rolu qiymətləndirən səfir Qazi, bunları qeyd edib:
"Türkiyə Pakistan üçün böyük bir dost və qardaş ölkədir. Türkiyə dünya səviyyəsində ağırlığı olan bir ölkədir. Türkiyənin yalnız mövcud gərginliyi aradan qaldırmaq üçün deyil, eyni zamanda Pakistan və Hindistanın bir araya gəlib, Cənubi Asiyaya təsir edən əsas məsələ olan Kəşmir mövzusunda nəticə xarakterli bir görüşün olmasını təşviq edərək bölgəyə daimi sülh və sabitliyin gəlməsinə kömək etmə mövzusundakı vasitəçilik təkliflərini də məmnuniyyətlə qarşılayırıq".
Müxalifət.az