​“Türkiyənin uzaq mənzilli “Siper” sistemi olacaq” - ƏRDOĞAN

Baxış sayı:
5593

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin uzaq mənzilli regional müdafiə sistemi qurduğu barəsində açıqlama verib. Milli Texnologiyanın Tərəqqisi Mərasimində çıxış edən prezident tarixi layihə barəsində belə deyib: “Uzun mənzilli və regional hava hücumundan müdafiə sistemimiz fərqli şəkildə gündəmə gəlir. İlk addımı bu gün atırıq. Milli Uzun Mənzilli Regional Hava Müdafiəsi Sisteminin yaradılması yolunda ilk işlər başlandı. 2021-ci ilin axırına qədər hazır olacağı gözlənilir. Bu gün sizə layihəmizin adını da elan edirik: SİPER. Mili uzun mənzilli hava müdafiəsi raket sisteminin uğurlu olmasını diləyirəm”./Hurriyyet.org/