​Türkiyənin tanınmış yazıçısı vəfat etdi - FOTO

Baxış sayı:
4801

Türkiyənin məşhur yazıçısı Qədr Mısıroğlu bu gecə vəfat edib. 
Bir müddət Acıbadem Altunizade Xəstəxanasında müalicə alan mərhum 86 yaşında dünyasını dəyişib. 
Prezident Rəcəb Təyyub Ərdoğan, Tvitter hesabında çox sayda tarixi əsərlər müəllifinin vəfatı ilə bağlı başsağlığı verib: "Ölkəmizin əhəmiyyətli tarixçi yazarlarından biri olan Qədr Mısıroğlunun vəfatını təəssüf hissilə öyrəndim. Hörmətli Mısıroğluna Allahdan rəhmət, ailəsinə və sevənlərinə başsağlığı verirəm. Məkanı cənnət olsun"./BakuPost