“Türkiyənin Suriyanın şimalında əməliyyat keçirməsinə müsbət baxmırıq” - ABŞ

Baxış sayı:
7063

Türkiyə ABŞ-a YPG terrorunu bitirmək üçün öz göbəyini özünün kəsəcəyini hər fürsətdə dilə gətirib.
 
“Reuters”-in ABŞ qaynaqlarına görə, Türkiyənin Suriyanın şimalında keçirmək istədiyi əməliyyatın iki ölkə arasındakı danışıqlarda müzakirə olunmadığı ifadə edilib.
Mediada yer alan söz-söhbətlərə cavab xüsusiyyətində açıqlama verən ABŞ səlahiyyətlisinə görə, ayrıca bu bölgəyə ediləcək əməliyyatın Türkiyənin təhlükəsizlik narahatlıqlarını aradan qaldırması söz mövzusu deyil.
Bu açıqlama ABŞ və Rusiyanın YPG terror təşkilatı tərəfindən idarə olunan bölgəyə mümkün əməliyyat üçün danışıqlar aparıldığı iddiasından sonra verilib.
ABŞ-lı səlahiyyətli Türkiyə ilə təhlükəsizlik tədbirləri mövzusunda detalların danışıldığını, ancaq ABŞ-ın hər hansı bir əməliyyata isti baxmadığı və ehtiyac görmədiyini ifadə edib.
Müxalifət.az