​Türkiyənin super tanka ehtiyacı yoxdur, çünki düşmənləri...

Baxış sayı:
6085

Tank üçün tamamilə türk mənşəli motorun istehsalı 2-3 ildən artıq davam edəcək.
Muxalifet.az xəbər verir ki, bunu Hərbi və Siyasi Jurnalistika Mərkəzinin eksperti Boris Roj deyib.
"Afrində və Əl-Babdakı münaqişələr Türkiyə ordusunun hazırda istifadə etdiyi "Leopard" və İsrailin modernləşdirdiyi "M-60" tankları hərbi rəhbərliyi qane etmədi. Türkiyə tərəfi həm Qərb, həm də Sovet istehsalı olan tanklara qarşı dözümlü olacaq milli tankını inkişaf etdirmək istəyir. Ancaq hazırda Türkiyənin düşmənləri çox zəifdir, buna görə super tanka ehtiyacı yoxdur", - Roj qeyd edib.