Türkiyənin raketi hava dronunu məhv etdi

Baxış sayı:
8101

Türkiyənin Milli Müdafiə Nazirliyi tərəfindən Dəniz Qüvvələri Komandanlığının 'TCG Bartin' gəmisindən atılan L-UMTAS raketi ilə 'ALBATROS-K' sürətli su üstü dronunun tam dəqiqliklə vurulduğu açıqlanıb.
 
Nazirliyin Twitter hesabından edilən açıqlamada, "TCG BARTİN” gəmimizdən yerli və milli L-UMTAS raketiylə edilən atışda 'ALBATROS-K' Sürətli Suüstü Dronu tam dəqiqliklə vuruldu" deyilib.
 
L-UMTAS NƏDİR?
 
L-UMTAS hücum vertolyotlarından istifadə üçün inkişaf etdirilən tanksavar raket sistemidir. Yüksək texnoloji üstünlüyü ilə müasir döyüş sahəsindəki bütün zirehli təhdidlərə qarşı təsirlidir. T-129 HÜCUM və SH-70 vertolyotları ilə yanaşı, MIL-STD-1760 və MIL-STD-1553 standartlarına sahib digər vertolyot platformalarına inteqrasiya işləri də davam etməkdədir. L-UMTAS vertolyot platformaları ilə yanaşı, digər hava, quru və dəniz platformalarından istifadəyə uyğun xüsusiyyətdə bir sistemdir.
Müxalifət.az