Türkiyənin qırıcı təyyarəsi düşdü

Baxış sayı:
8788

Türkiyənin F-4 reaktiv təyyarəsinin qəzaya uğradığı bildirilib. Türkiyənin Milli Müdafiə Nazirliyindən edilən açıqlamada, "Bir F-4 təyyarəmizin 31 may 2019 tarixində Malatya hərbi bazasına enişi əsnasında eniş komanda cihazında meydana gələn qəza səbəbiylə təyyarə qəzaya uğramışdır. Təyyarədən atlayaraq xilas olan iki pilotumuzun sağlıq vəziyyətləri yaxşıdır, həyati təhlükələri yoxdur. Mövzuyla əlaqədar hüquqi və administrativ araşdırma başladılmışdır" deyilib.
Müxalifət.az