​Türkiyənin məşhur aktyor dünyasını dəyişdi

Baxış sayı:
4807

Türkiyənin məşhur aktyoru Yakup Yavru dünyasını dəyişib.
Muxalifet.az xəbər verir ki, aktyor sayca 25-ci Adana Film Festivalının açılış mərasimində infarkt keçirib. 66 yaşlı aktyor vəfat edib.
Yakup Yavru mərasimdən sonra istirahət etmək üçün otel otağına keçib. Gecə infarkt keçirən aktyor xəstəxanaya aparılıb. Amma onun həyatını xilas etmək mümkün olmayıb.
Yakup Yavru 1952-ci ilin 1 mart tarixində Amasyada anadan olub, Məzun olduqdan sonra bir sıra şəhərlərdə müəllim işləyib. “Bana sevgiyi anlat” serialı ilə aktyorluğa başlayıb.