Türkiyənin “Mavi Vətən” hərbi təlimi dünyaya hası mesajı verdi?

Baxış sayı:
6196

Türkiyə tarixinin ən böyük dəniz təlimi olan “Mavi Vətən-2019” hələ də bölgədə müzakirə predmetidir. Yunanıstanın Beynəlxalq Əlaqələr üzrə eksperti Nikolas da bu hərbi təlimlə bağlı öz fikirlərini bildirib. Nikolas Türkiyənin bu təlimlə bir çox istiqamətə mesaj verdiyini  qeyd edib.
 
Şərq Aralıq dənizindəki rəqabətin və geosiyasi hərəkətliliyin kompleks bir oyun olduğunu vurğulayan Nikolas, "Türkiyə hərbi təlimlə bir çox istiqamətə mesaj göndərir. Əsas mesaj, enerji mövzusunda alınan bütün qərarların Türkiyənin təsdiqindən keçməsinin lazım olduğunu nümayiş etdirməsidir ki, bununla bağlı bu gücə sahib olduğunu göstərdi” deyib.
“Mavi Vətən-2019” təliminin isti bir müharibə riski olub-olmadığına dair çox dəqiq bir cavab verən Nikolas, deyib: “Xeyr. Bu yalnız bir qəzadan sonra baş verə bilər. Nə Türkiyə, nə də Yunanıstan ən azından bu anda 'isti bir müharibəyə yol açmağı düşünmür".
 
SİZİN MÜDAFİƏ SƏNAYESİ ÇOX YAXŞI ÇALIŞIR
 
“Sizin müdafiə sənayesinin inkişaf etdiyi haqda Yunanıstan mətbuatında ilk çıxış edən adam mən oldumş Bununla da ittiham olundum. Bir proqramda, bütün yeni silahları çox elementləri ilə təqdim etdim” seyən Nikolas bu sözləri deyib:
"2030-cu ildən sonra Türkiyənin dünyadakı ən güclü yeddi hərbi güc arasında olacağına inanıram. Eyni zamanda, Türkiyənin müdafiə sənayesi özünü təmin edəcək, yəni xarici ölkələrdən asılı deyildir. Bu, əsasən müdafiə sənayesində etdiyiniz çox yaxşı iş sayəsindədir ki, artıq müdafiə sənayesi ildə 2 milyard dollar ixrac edir”.
Müxalifət.az