Türkiyənin “kamikadze” dronları: İSRAİLİ GERİDƏ BURAXDI

Baxış sayı:
11971

Yerli imkanlarla istehsal olunan və TSQ-nin terrorizmlə mübarizə əməliyyatlarında istifadə etdiyi "kamikadze” drone Kargu-ya xarici ölkələrdən böyük maraq var. İsrailli dronlarına  görə daha irəli hərəkat qabiliyyətinə çatan Kargu-nu, Cənubi Koreya başda olmaqla, çox sayda ölkə satın almaq üçün növbəyə durub.
 
Müdafiə Texnologiyaları Mühəndisliyi (STM) tərəfindən istehsal olunan Türkiyənin yerli kamikadze insansız hava vasitəsi olan Kargu, bir tərəfdən Türkiyə ordusunun inventarına daxil olur, bir yandan da sistemin yeni versiyaları üzərində böyük işlər aparılır. Xüsusi Təyinatlı Qüvvələrin əməliyyatlarında göz bəbəyi halına gələn Kargu, Quru Qoşunlarla yanaşı, Hava və Dəniz Qüvvələri Komandanlığının da inventarına girib. Hava və Dəniz Qüvvələrinin xüsusi əməliyyat birlikləri də kamikadze drone Kargu ilə gücləndirilib.


 
TEXNOLOGİYA NƏHƏNGİ CƏNUBİ KOREYA MARAQLANIR
 
Türk Silahlı Qüvvələrinin istifadə etdiyi sistemlərə xaricdən da böyük maraq var. Hazırda dünyada az sayda ölkənin sahib olduğu kamikadze İHA texnologiyasında Türkiyə, Alpagu, Kargu və Togan kimi məhsulları ilə, İsrail istehsalı mini hava vasitələrinin da texnoloji olaraq önünə keçmişdir. Türkiyənin kamikadze İHA-larıyla artıq, inkişaf etmiş texnologiyası ilə tanınan ölkələr də maraqlanır. Başda Cənubi Koreya olmaqla, çox sayda ölkədən, xüsusilə Kargu-ya intensiv tələb var. Dost və qardaş məkanlar da Türk kamikadze drone texnologiyası ilə yaxından maraqlanır.

Müxalifət.az