Türkiyənin hərbi təlimində diqqətçəkən iki detal!

Baxış sayı:
8290

 Türkiyənin Egey dənizi, Aralıq dənizi və Qara dənizdə eyni anda həyata keçirdiyi “Mavi Vətən” hərbi təlimi davam edir. Təlimə dair Müdafiə Nazirliyinin paylaşdığı vizual görüntüdə iki detal diqqət çəkir.
 
Paylaşılan visual görüntüdə, Türkiyə xəritəsi ilə yanaşı, Kiprin bütün ərazisi qırmızı rəngdə görünür. Bu detal sosial mediada da böyük əks-səda doğurub.
 
RƏQƏMLƏR DƏ DİQQƏT ÇƏKİB
 
 Bundan başqa, visual görüntüdə başqa bir detal da gözlərdən qaçmayıb. Verilən rəqəmlərə nəzər saldıqda, 3, 7, 40 və 33 rəqəmləri diqqət çəkir.
Məlum olduğu kimi sufilərdə 3-lər, 7-lər və 40-lar Allahın dost qullarından bəzilərini ifadə etmək üçün istifadə edilir. Bu təbir həmçinin müsəlman xalq arasında da olduqca geniş yayılıb və hətta and içmələrdə də istifadə edilir.
Digər tərəfdən, insanların qiyamət günündə 33 yaşında diriləcək olmasından və qeydlərdə 33 rəqəminin xüsusilə istifadə edilməsindən dolayı İslam dinində 33 rəqəminə da xüsusi bir məna verilir.
Müxalifət.az