Türkiyənin həmləsindən sonra ABŞ hərəkətə keçdi: Qalmaqal qərar...

Baxış sayı:
2428

ABŞ Senatı Şərqi Aralıq dənizi Təhlükəsizlik və Enerji Ortaqlığı qanununu təsdiq edib. Qanuna görə, ABŞ İsrail, Yunanıstan və Kipr arasında enerji əməkdaşlığını koordinasiya edəcək bir mərkəz qurulacaq.
 
ABŞ Senatının Xarici İşlər Komitəsinin qəbul etdiyi qanun Türkiyənin Şərqi Aralıq dənizinə ikinci bir qazma gəmisi göndərməsindən sonar qəbul olundu.
 
ENERJİ MƏRKƏZİ
 
Qanun ABŞ, İsrail, Yunanıstan və Kipr arasında enerji əməkdaşlığını koordinasiya edəcək bir ABŞ-Şərqi Aralıq dənizi Enerji Mərkəzi qurulmasını nəzərdə tutur.
Qanuna görə, Yunan Kiprinə silah satışı ilə əlaqədar məhdudlaşdırmalar aradan qaldırılacaq,
Yunanıstana 3 milyon ABŞ dolları məbləğində hərbi yardım ediləcək və 2020-2022 illər arasındakı maliyyə dövrlərində Yunanıstan və Kiprə Beynəlxalq Hərbi Təhsil yardımı ediləcək.
Müxalifət.az