​Türkiyənin güclənməsi ABŞ-a BUNU ETDİRDİ – Ukraynadan ŞOK İDDİA

Baxış sayı:
2857

ABŞ 2016-ci ildə Ukrayna və Türkiyəyə hərbi-texniki əməkdaşlıq mövzusunda danışıqlara maneə törədib.
Bu iddia ilə Ukraynanın OPK informasiya agentliyi çıxış edib.
Agentliyin yazdığına görə, tərəflər müqaviləni bağlamağa yaxın idilər. Qeyd edilir ki, hərbi-texniki əməkdaşlıq mövzusunda fəal danışıqlar aparan Kiyev və Ankara raket, təyyarə və həssas silahlara qarşı müdafiə sistemlərinin birgə istehsalı üzrə razılığa gəlmişdilər.
Agentliyə danışan bir mənbə ABŞ-ın bu anlaşmaya sərt şəkildə qarşı çıxdığını, Türkiyənin nəzarətsiz şəkildə güclənməsindən qorxduğunu bildirib./publika/