​Türkiyənin DÖYÜŞ PLANI: Ordu bu cür hücum edəcək...

Baxış sayı:
849

Afrin əməliyyatının ilk mərhələsində ciddi müqavimət olmayacaq, terrorçular geri çəkilib partlayıcı yerləşdirilmiş tələlərlə müqavimət göstərməyə çalışacaq.
Muxalifət.az xəbər verir ki, bu barədə “Habertürk” informasiya yayıb.
Türk ordusunun mümkün Afrin əməliyyatı zamanı ilk növbədə ağır texnika və artilleriya vasitəsilə terrorçu mövqeləri dağıdılacaq, daha sonra Azad Suriya Ordusu və zirehli texnika irəliləməyə başlayacaq. Türkiyə hücum zamanı Rusiya ilə hava sahəsindən istifadə barədə razılıq əldə edə bilməyəcəyi təqdirdə isə türk qırıcıları Afrini elə öz sərhədlərindən bombardman edəcək. Belə ki, türk F-16-ları 40-50 kilometr məsafədən lazer vasitəsilə işarələnmiş hədəfləri ağıllı aviasiya bombaları ilə səhvsiz vura bilmək imkanına sahibdir. Bununla yanaşı, 3-5 ay arası uzanması gözlənilən əməliyyat zamanı mülki insanların həyatını qorumaq məqsədi ilə Türkiyə zirehli texnika və tanklarından istifadə edəcək.
Qeyd edək ki, Suriya türk qırıcılarının sərhədi pozacağı halda dərhal məhv ediləcəyini açıqlamışdı.