​Türkiyənin bu bazası Rusiyaya təhlükə yaradırmı?

Baxış sayı:
4456

Türkiyənin Qara dənizdə tikəcəyi yeni baza Rusiya üçün heç bir təhlükə daşımır.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı admiral Vladimir Masorin çıxış edib.
Qərarın Türkiyənin daxili məsələsi olduğunu deyən Masorin Türkiyənin ABŞ-ın özünü Qara dənizdə evindəki kimi hiss etməsindən ehtiyat etdiyini vurğulayıb:
"ABŞ Montro konvensiyasını çoxdandır dəyişdirmək istəyir, Türkiyə isə buna imkan verməməkdə israrlıdır. Türkiyə Montro konvensiyasını yalnız Rusiya ilə birlikdə mühafizə edəcəyini bilir".