Türkiyənin əbədiyyəti niyə söz mövzusudur? - PKK-nın iki hədəfi - TƏHLİL

Baxış sayı:
9964

Haber7.com-un müəllifi Taha Dağlı PKK-lıların CHP-İP-SP ittifaqı çərçivəsində apardığı seçki işlərinə dair, "Qırmızı bülletenlə axtarılan PKK evində seçki çalışması! Nə üçün əbədiyyət söz mövzusudur" adlı bir köşə yazısı qələmə alıb.
 
“Dəniz Sürgüt qırmızı bülletenlə axtarılan bir PKK-lıdır.
Ədliyyə Nazirliyinin haqqında qırmızı bülleten çıxardığı bu PKK-lı, Fransanın Strasburq şəhərində terror fəaliyyətlərinə davam edir.
Onun Türkiyədə Batmandakı evində isə PKK-nın siyasi qolu olan HDP-lilərin CHP-İP-SP ittifaqı çərçivəsində seçki işləri aparılır.
Fransa Türkiyənin qırmızı bülletenlə axtardığı terrorçuya isə qucaq açıb.
Strasburgdaki Avropa Şurası Parlament Assambleyası ötən günlərdə PKK-lıların terror təbliğatı apardıqları, hətta hücumlar həyata keçirdikləri bir mərkəzə çevrilmişdi.
Avropa bəslədikləri terrorçuların hücumuna məruz qalsa da, terror təbliğatı qarşısında səssizliyini qoruyur. Bu iş hara qədər gedir, orası məlum deyil.
Məsələn, Fransa terror təşkilatı olaraq qəbul etdiyi PKK-ya qarşı heç bir addım atmır, PKK-lılar Starasburqda hücum edib, Fransız polisini yaralayır, ona baxmayaraq müdaxilə yoxdur.
16 həftədir davam edən “Sarı Jiletli” aksiyalarında PKK terrorçuları da küçədədir, buna da reaksiya yoxdur.
Bəlli ki, Türkiyəyə qarşı beynəlxalq tələdə Avropalılara PKK üzərindən verilən missiya hələ tamamlanmamışdır.
Gələk Strasburq mərkəzli terror şəbəkəsinin Türkiyə ayağına.
PKK-nın terrorçubaşı Öcalan üçün aclıq aksiyası keçirdiyini iddia edən terrorçu Dəniz Sürgüt, Starasburqda yaradılan PKK terror çadırında aksiyarını davam etdirərkən, Türkiyədə Batmandakı evinin ziyarətçiləri vardı.
HDP-li Feleknas Uca-nın rəhbərlik etdiyi bir qrup PKK terrorçusunun evinə getdi.
Terrorçunun ailəsiylə görüşən Uca-nın başçılıq etdiyi HDP-lilər, ziyarət zamanı Strasburgdaki Dəniz Sürgünə də telefonla zəng edib.
O telefon danışığında, Strasburgdan Türkiyədəki yerli seçki ilə bağlı mesajlar verilib.
Bir fərari terrorçu Fransadakı terror təbliğatının məqsədinin Türkiyədəki seçkilər olduğunu deyib.
Avropadan Türkiyədəki seçkilər üçün terror təşkilatına dəstək verdiklərini bildirib.
HDP nümayəndə heyətinə "yerli seçkilər müqavimətimizin bir hissəsidir" deyən fərari PKK-lı, digər PKK-lı və HDP-lilər kimi, Türkiyənin cənub-şərqindən də “Kürdüstan” deyə bəhs edib.
HDP-nin Türkiyədəki seçki proqramında yer alan arqumentlərin hamısı PKK terror təşkilatının Avropa ayağındakı şəbəkənin istifadə etdiyi dillə eynidir.
 
İLK MƏQSƏDLƏRİ: SURİYADA TÜRKİYƏNİN ÖNÜNÜ KƏSMƏK
 
PKK terror təşkilatının 31 mart bələdiyyə seçkilərinə yönəlik planının bir də Suriya ayağı var.
Strasburgdaki fərari terrorçu Batmandakı HDP-li Feleknas Uca-ya deyir: "Bu gün şimalda xalqımızın iradəsinə zəncir vuran Türk dövlətidir, Rojava-da xalqımızın nailiyyətlərinə qarşı daim müharibə təhdidi ilə düşmənçilik aparan da Türkiyədir".
PKK-nın HDP-yə verdiyi mesaj çox açıqdır, şimaldan məqsədləri Suriyadakı terror dəhlizinin şimalı, yəni Türkiyənin cənub-şərqi, məqsədləri HPD üzərindən bu Türkiyə torpaqlarında bir mexanizm yaratmaqdır.
Terror təşkilatının planına görə, PKK-nın siyasi davamı olan HDP-nin CHP, İP və SP kimi partiyalarla qurduğu müttəfiqliklə, xüsusilə cənub-şərqdə bələdiyyələr sayəsində özlərinə beynəlxalq aləmdə legitimlik yaratmağı planlaşdırır. Bunun üçün Amerika və Avropadakı əlaqələrin hamısı aktiv vəziyyətdədir.
Bu məqsədlərinə nail olsalar, bunu Türkiyənin qırmızı xətti olan Suriyada Fəratın şərqinə qarşı əməliyyatların qarşısının alınmasında istifadə etməyi xəyal edirlər.
 
İKİNCİ MƏQSƏDLƏRİ: CƏNUB-ŞƏRQİ SURİYADAKI TERROR DƏHLİZİNİ ARXA BAĞÇA ETMƏK
 
2014 bələdiyyə seçkiləri ilə 10 avqust 2014-dəki prezident seçkisi FETÖ terror təşkilatı üçün bir şans idi, qiymətləndirə bilmədilər.
Ondan sonrakı 7 iyun-1 noyabr 2015 parlament seçkisi, 16 aprel 2017-ci il referendumu və 24 iyun 2018 prezident seçkisi isə FETÖ ilə yanaşı, məhz PKK üçün terror planlarını həyata keçirmək üçün bir şans idi. Heç birində uğurlu ola bilmədilər.
Hər seçki ayrı bir şansdır, - deyərək bu dəfə mümkün olduqca terror ittifaqları 31 mart seçkilərinə hücum edirlər.
Buradan ümid etdiklərini ala bilsələr, Suriyada PKK-ya qarşı əməliyyatları dayandırmaq, hətta Türkiyənin cənub-şərqini Suriyadakı terror dəhlizinə arxa bağça etmə planına sarılacaqlar.
Məhz buradan baxanda 31 mart seçkilərinin bir əbədiyyət məsələsi olduğu ortadadır.
CHP, İP və, SP-nın yanındakılar bu qədər aydın olan PKK mənzərəsində poza verir, bu partiyalara könül verən heç vətənpərvər yoxdurmu ki, , ortadakı terror tələsinə bir "yox" desin.

Hazırladı: Müxalifət.az