Türkiyənin Baş prokurorluğu Qaşıqçı cinayəti ilə açıqlama verdi: “Camal Qaşıqçı boğularaq öldürülüb”

Baxış sayı:
5503

İstanbulun Baş Prokurorluğu, Qaşıqçı-nın əvvəlcədən hazırlanmış planlaşdırma ilə baş konsulluğa girər girməz boğularaq öldürüldüyünü bildirib.
 
Baş prokurorluğun açıqlamaları bu şəkildədir:
“Qaşıqçı-nın cəsədi öldürülməsindən sonra parçalanaraq məhv edilmişdir.
Yerli işbirlikçi olaraq ictimaiyyətə bildirilən şəxsin kim olduğu soruşulmuş, bu suallar həmin gün yazılı olaraq onlara çatdırılmışdır.
Səudiyyə Ərəbistanında həbs olunduğu bildirilən şübhəlilərin ölkəmizə verilməsi tələbi təkrarlanmışdır.”
Müxalifət.az