​Türkiyənin baş nazir müavini: “Dağlıq Qarabağla bizim görüşümüz dəqiq və netdir”

“Azərbaycan və Türkiyə həm dost, həm də qardaş, iki ayrı dövlət ancaq tək millətdir. Hazırda Azərbaycanla çox güclü bağlantılarımız var”.
Bu sözləri Türkiyənin baş nazir müavini Musavat.com-a açıqlamasında bildirib. Baş nazir müavini iki ölkənin prezidnetləri arasındakı dostluq əlaqələrinə də toxunub:
“Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə cumhuriyyətinin prezidenti Rəcəp Tayyip Ərdoğanın arasında çox möhkəm dostluq var. İki təcrübəli lider heç şübhəsiz ki, ölkəni daha yüksək yerlərə daşıyacaq. Ölkələrimiz arasında formalaşan və hazırda fəaliyyətdə olan beynəlxalq layihhələr Azərbaycan və Türkiyəyə çox şeylər qazandıracaq və bizi daha da gücləndirəcək”.
Bəkir Bozdağ Dağlıq Qarabağ mövzusunda Türkiyənin mövqeyinin net olduğunu deyib:
“Biz doğru olanın yanındayıq. Doğru və haqlı olan da Azərbaycandır. Azərbaycan xalqının məruz qaldığı çox böyük haqsızlıqlar var. Bu haqsızlığı bir an əvvəl aradan qaldırmaq lazımdır. Biz Azərbaycanla bərabər bu problemin həllini tapana qədər mübarizə aparacağıq”.