​Türkiyənin aldığı "Boinq"də nasazlıq aşkar edildi

Baxış sayı:
4438

Türk Hava Yolları (THY) aviaşirkətinin yeni aldığı “Boinq 787-9” sərnişin təyyarəsində nasazlıq aşkar edilib.
Muxalifet.az azərtac-a istinadla xəbər verir ki, yeni alınan təyyarənin tanıdılması ilə bağlı videoçəkiliş aparılan zaman hava laynerinin əyləc işıqlarının kənarındakı plastiklər əriməyə başlayıb.
Qeyd edək ki, THY balansındakı təyyarələri yeniləmək və sayını artırmaq məqsədi ilə 30 ədəd “Airbus 350-900” və 30 ədəd “Boinq 787-9” sifariş edib. “Boinq 787-9” markalı ilk təyyarə iyunun 26-da İstanbul Hava Limanına enib. Bildirilir ki, terrorçular tərəfindən öldürülən şəhid Ərən Bülbülün doğulduğu yerin adını daşıyan “Maçka” adlı bu təyyarə Türkiyədə ilk daxili uçuşunu iyulun 8-də İstanbul-Trabzon reysi ilə həyata keçirəcək.
Hələlik ortaya çıxan nasazlığın necə aradan qaldırılacağı barədə rəsmi açıqlama yoxdur.