Türkiyəni Aralıq dənizində “oyundan kənar etmək” planına Avropadan yaşıl işıq

Baxış sayı:
4864

Cənubi Kipr Yunan höküməti Amerikan enerji şirkəti “Exxonmobil”-in şərqi Aralıq dənizində son 2 ilin dünya üzərindəki ən böyük üçüncü qaz ehtiyatını tapdığını açıqlayıb.
 
Bu qərardan sonra hərəkətə keçən Kipr Yunan tərəfi daha öncədən bəlli olanboru kəməri layihəsinin sürətləndirilməsi yönündə hərəkətə keçib. Avropa Birliyinin layihəyə yaşıl işıq yandırdığı bildirilir.
 
4 MİLYARD DOLLARLIQ LAYİHƏ
 
Qeyd edək ki, 2200 kilometr olması gözlənilən boru kəməri Krit üzərindən əvvəlcə Yunanıstana, oradan da İtaliyanın Otranto limanına çatacaq. Dəyəri 4 milyard dollar olacaq layihənin inşası üçün İtaliya, Yunanıstan, Cənubi Kipr və İsrail müqavilə imzalamışdı.
 
EKOLOQLAR QARŞI ÇIXIR
 
 Aİ-nin texniki-iqtisadi əsaslandırmasını işləməsi üçün 100 milyon avro vəsait ayırdığı kəmər üçün hələlik yeganə maneə Aralıq dənizi və Otrantonun təbii vəziyyətinin pozulacağını deyən ekoloqların müqavimətidir.
Müxalifət.az