​Türkiyəli tələbələrin meyitləri tapıldı

Baxış sayı:
12859

Ukraynada təhsil alan 2 türkiyəli tələbə qızın kirayədə qaldıqları evdə meyitləri aşkarlanıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Bildirilib ki, dostlarının bu barədə polisə məlumat verməsindən sonra onların qaldıqları mənzilə baxış keçirilib və qızların cansız bədəni aşkarlanıb.
Məlumata görə, qızlardan biri sevgilisi tərəfindən uzun müddət idi ki, izlənilirdi.
Hazırda polis həmin oğlanın axtarışlarına başlayıb və faktla bağlı cinayət işi açılıb.