Türkiyəli nümayəndələr ruslarla razılaşdı: Şərt...

Baxış sayı:
4441

Suriyada son vaxtlar yaşanan hadisələrlə bağlı Rusiyaya səfər edən Türkiyə Müdafiə Nazirliyinin nümayəndə heyəti geri dönüb.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Müdafiə Nazirliyi yayıb.
“Heyətin rus müttəfiqlərlə keçirilən görüşlərində İdlib başda olmaqla, Suriyadakı son hadisələr Astana və Soçidə imzalan razılşamalar çərçivəsində müzakirə edilib. Görüşdə hər cür təxribata rəğmən barış və sülh əldə edilməsi üçün İdlibdə işbirliyinin önəmi və davam etdirilməsi vurğulanıb. Bundan başqa, Menbiç və Fəratın şərqindəki vəziyyətlə əlaqədar olaraq isə Türkiyənin bölgədəki PKK/YPG və İŞİD terror təşkilatından qaynaqlanan təhlükəsizlik qayğılarının aradan qaldırılması məsələsində qarşılıqlı razılıq əldə olunması təsdiqlənib.
Müttəfiqlər həmçinin Suriyanın ərazi bütövlüyünə hörmət edilməsi şərti ilə hər cür terrorizmə qarşı mübarizədə qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən danışıb”, - nazirlik bildirib.
Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyindən nümayəndə heyətinin Rusiyaya səfəri yanvarın 31-də baş tutmuşdu.