​Türkiyəli məşqçi “Traktor”dan göndərilir - Səbəb

Baxış sayı:
1357

Təbrizin “Traktor” klubunun türkiyəli baş məşqçisi Ərtoğrul Sağlamın yaxın günlərdə klubdan ayrılacağı bildirilib.
Muxalifet.az xəbər verir ki, Sağlamın gözləntiləri qarşılaya bilmədiyi üçün göndəriləcəyi açıqlanıb.
Hazırda onun çalışdırdığı “Traktor” İran liqasında 11-ci pillədə qərarlaşıb. Komanda Asiya Çempionlar Liqasında isə qrupu sonuncu yerdə başa vuraraq, turniri tərk edib.
Qeyd edək ki, Ərtoğrul Sağlam bu ilin əvvəlində “Traktor”a gəlmişdi.