​Türkiyəli bələdiyyə nümayəndəsi nar festivalından danışdı

Baxış sayı:
2260

Noyabrın 3-də Göyçayda keçirilən XIII Nar festivalında iştirak etmək üçün ölkəmizə gələn xarici qonaqlar arasında Türkiyənin Kocaeli vilayətinin Körfəz şəhər bələdiyyəsinin nümayəndə heyəti də var.
Muxalifet.az xəbər verir ki, nümayəndə heyətinin rəhbəri, bələdiyyə sədri İsmayıl Baran azərtac -ın bölgə müxbirinə müsahibəsində təəssüratlarını bölüşərək deyib: “Çox gözəl festivaldır. Burada nümayiş olunan cürbəcür nar sortları həm dadına, həm də keyfiyyətinə görə bir-birindən fərqlənir. Festivalda narın faydaları barədə də ətraflı məlumat aldıq. Çox xeyirli meyvədir. Bu qədər insanın belə bir festivala qatılmağı məndə böyük təəssürat oyatdı. Bu festivalın gələcəkdə də davam etməsini arzulayıram”.
İsmayıl Baran Göyçay bələdiyyəsində keçirdikləri görüşdən də danışıb. Bildirib ki, görüş zamanı Göyçay bələdiyyəsi ilə perspektiv əlaqələr müzakirə olunub.
“Türkiyə ilə qardaş can Azərbaycanın dostluğu daimidir, möhkəmdir. Biz də çalışırıq ki, bu qardaşlığımıza öz kiçik töhfəmizi verək”, - deyə Körfəz şəhər bələdiyyəsinin sədri bildirib.