​Turkiyəli aktyor və müğənni arasında MÜBAHİSƏ: çəngəllər havada uçuşdu

Baxış sayı:
3637

Türkiyənin iki məşhur şou biznes nümayəndəsi bir-biri ilə mübahisə edib.
Muxalifet.az xəbər verir ki, Sermiyan Midyat ilə Sinan Akçıl arasında baş verən mübahisə davaya çevrilib. Dava zamanı Midyat Akçıla çəngəl və siqaret atıb.
İddiaya görə Kristanna Lokenlə kobud formada danışan Sermiyana Sinan Akçıl sərt şəkildə etiraz edib və “Sən bir xanımla necə danışmaq lazım olduğunu bilmirsən” deyib. Bu sözdən əsəbləşən Sermiyan isə Akçıla çəngəl atıb və ardınca yumruqla vurub. Davanı ad gününə gələn digər qonaqlar sakitləşdirib.