Türkiyədən Yunanıstana çox sərt təpki: DƏRHAL TUTULSUNLAR

Baxış sayı:
5452

Türkiyə Xarici İşlər Nazirliyi, Yunanıstanda Türk bayrağının yandırılmasını pisləyib. Edilən açıqlamada "Bayrağımıza qarşı bu iyrənc aksiyanı həyata keçirənlər bir an əvvəl tutulmalıdır" deyə, bildirilib.
 
Nazirlikdən bildiriblər ki, "Yunanıstandakı irqçi bir partiya tərəfindən Afinada 5 mart tarixində Türkiyə əleyhinə keçirilən nümayiş zamanı bayrağımızın yandırılmasını qətiyyətlə pisləyirik. Bayrağımıza qarşı bu iyrənc hərəkəti həyata keçirən cinayətkarların dərhal tutulmalarını və ən qısa zamanda məhkəmə qarşısına çıxarılmalarını Yunan orqanlarından gözləyirik" deyilib.
Müxalifət.az