Türkiyədən “Vaşinqton Post”-a təpki: “Bu qalmaqaldır”!

Baxış sayı:
4246

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın ABŞ-ın “Vaşinqton Post” qəzetinin PKK-nın terrorçubaşı olan Cəmil Bayıkın yazısına yer verməsi haqqında, “'Vaşinqton Post” qəzetinin bu günki nüsxəsində terror təşkilatı mənsubu bir adamın yazısını dərc etməsi böyük bir qalmaqaldır' açıqlamasını verib.
 
Qəzetin bir terror təşkilatı üzvünün yazısına yer verməsinin böyük bir qalmaqal olduğunu qeyd edən Kalın, "ABŞ və AB-nin terror təşkilatları siyahısında olan və ABŞ rəhbərliyinin başına mükafat qoyduğu bir terrorçuya səhifələrini açan “Vaşinqton Post”, açıqca terror təbliğatı etməkdədir və ABŞ qanunlarını da tapdalamaqdadır. Bunun mətbuat və ifadə azadlığı ilə izah edilməsi mümkün deyil" deyə bildirib.
 
"KÜRDLƏRƏ EDİLMİŞ BİR TƏHQİRDİR"
 
Bayıkın yazısını dərc etmənin əl-Qaidə və ya İŞİD-çı bir terrorçunun yazısına yer verməkdən fərqsiz olduğunu ifadə edən Kalın, "Bir terror təşkilatının terrorçubaşını kürdlərin nümayəndəsi kimi göstərmək, hər şeydən əvvəl kürdlərə edilmiş bir təhqirdir. Türkiyə terrorun hər növünə və onun dəstəkçilərinə qarşı dayanıqlılıqla mübarizə verməyə davam edəcək" deyib.
Qeyd edək ki, PKK terror təşkilatının terrorçubaşlarından olan Cəmil Bayık, “Vaşinqton Post”-a bir məqalə yazmış, Türkiyəni dəyişdirəcəklərini və daha demokratik vəziyyətə gətirəcəklərini söyləmişdi.
Müxalifət.az