​Türkiyədən Tillersona cavab: SƏSİZ QALA BİLMƏRİK!

Baxış sayı:
841

ABŞ Dövlət katibi Reks Tillersonun açıqlamalarını ümumi olaraq vacib bir bəyanat kimi dəyərləndirmək mümkündür.
Muxalifət.az xəbər verir ki, bu sözləri Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül deyib.
“Sərhədlərini və təhlükəsizliyini təhdid edə biləcək heç bir addıma Türkiyə səssiz qala bilməz”, - nazir bildirib.
Qeyd edək ki, ABŞ Dövlət katibi Reks Tillerson az öncə Suriyanın şimalında sərhədləri qorumaq üçün kürdlərdən ibarət ordu yaradılmayacağını açıqlayıb.