Türkiyədən Səudiyyə Ərəbistanının “Qaşıqçı” açıqlamasına ilk cavab

Baxış sayı:
2872

Səudiyyə Ərəbistanından gələn açıqlamaya Türkiyədən ilk cavab xarici işlər naziri mövlud Çavuşoğludan gəlib. Çavuşoğlu açıqlamanın bəzi hissələrini qənaətbəxş saymadığını deyib.
 
Çavuşoğlu bunları söyləyib:
“Səudiyyənin baş prokurorunun açıqlamasından əvvəl Səudiyyə XİN rəhbəri mənə zəng etdi, təxminən yarım saat sonra baş prokurorun edəcəyi açıqlamanı mənə bildirdi. Hazırda 11 nəfərin həbsdə olduğunu bilirik. 5-i haqqında ölüm cəzası istənilir. O beş nəfərin Türkiyə qanunlarına əsasən mühakimə olunması lazımdır.
Bəzi açıqlamaları qənaətbəxş hesab etmirəm. Bu şəxsin ölkələrinə geri götürmələrinə müqavimət göstərdiyi üçün öldürüldüyü deyilir, amma bu cinayət əvvəlcədən planlaşdırmışdır. Cəsədin öldürüldükdən sonra parçalandığı söylənilir. Bu ani bir şey deyil, o cəsədin parçalanması üçün adamlar və cihazlar gətirilmişdir.
 
QAŞIQÇI-nın CƏSƏDİ HARADA?
 
Camal Qaşıqçı-nın cəsədi haradadır? Bu barədə hələ ki, cavab yoxdur. Biz bu cinayətin bütün ölçüləri ilə açığa çıxması üçün üzərimizə düşəni etməyə davam edəcəyik. Beynəlxalq aləmlə əməkdaşlıq edəcəyik".
Müxalifət.az