Türkiyədən Səudiyyə Ərəbistanına çağırış: “Qatilləri təhvil ver”!

Baxış sayı:
16309

Türkiyədə Prezident Aparatının əlaqələr üzrə məsul şəxsi Fəxrəddin Aldtun Səudiyyə Ərəbistanına müraciət edərək "Səudiyyə rəsmiləri planlı bir cinayətlə Türkiyədə Qaşıqçını öldürən qatilləri ekstradisiya etməlidir" - deyib.
 
Altun Səudiyyə jurnalisti Camal Qaşıqçı-nın öldürülməsinə dair istintaq aparan BMT Məruzəçisi Agnes Callamardın Türkiyə səfərindən sonra dünən verdiyi açıqlamalarına dair “Reuters”-ə münasibət bildirib.
Altun bunları deyib:
-“Türkiyənin Qaşıqçı mövzusundakı gəldiyi nəticələr BMT Məruzəçisi Callamardın mətbuatla bölüşdüyü nəticələrlə bənzərdir.
-Qaşıqçı barəsindəki istintaq prosesində əlimizdən gəldiyi qədər əməkdaşlıq içində olmaq əzmimizi xatırladırıq.
-Qaşıqçı hadisəsi barədə şəffaflığın olmaması son dərəcə narahatlıq yaradır və aidiyyatı Səudiyyə rəsmilərinin imicinə də zərər verir.
-Qaşıqçı məsələsində ədalət tələb etməyə davam edəcəyik.
-Səudiyyə rəsmiləri planlı bir cinayətlə Türkiyədə Qaşıqçını öldürən qatilləri ekstradisiya etməlidir.
Müxalifət.az