Türkiyədən Şərqi Aralıq dənizi ilə bağlı sərt açıqlama

Baxış sayı:
4660

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Şərqi Aralıq dənizində baş verən gərginliyə də münasibət bildirib.
 
 Şərqi Aralıq dənizində Türkiyənin və Türk Kiprinin haqqını qəsb etmək istəyənlərə yönəlik bu ifadələri işlədib:
“Bizə qarşı bir addım ata bilməzlər, atmağa da cürət etsələr, cavabını da alarlar, keçmişdə olduğu kimi. Biz bu mövzuda lazımlı məlumatlandırmanı dəqiq bir şəkildə etdik. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərini də məlumatlandırdıq. Biz bunu birinə hesab vermək üçün etmirik. Bu işin siyasi və hüquqi olaraq nə olduğunu, məlumat çirkliliyi olduğu üçün izah etmək istəyirik”.
Müxalifət.az