Türkiyədən müdafiəyə NƏHƏNG BÜDCƏ

Bu ilin əvvəlində 28.7 milyard lirə olan Milli Müdafiə Nazirliyinin büdcəsi 41.3 milyard lirəyə yüksəldilib.
 
Müxalifət.az xəbər verir ki, bu barədə rəsmi qəzetlərdə məlumat yayınlanıb.
 
2018-ci il üçün də başlanğıc vəsaiti 40.4 milyard lirə olaraq müəyyənləşdirilib. Milli Müdafiə Nazirliyinə əvvəlki illərə və 2017 ili başlanğıc vəsaitinə görə olduqca yüksək büdcə ayrılmış oldu. 2015-ci ildə Milli Müdafiə Nazirliyinin büdcəsi 22.7 milyard lirə, 2016-ci ildə 26.4 milyard lirə idi. 2018-ci il üçün Milli Müdafiə Nazirliyinin büdcə ödənişindəki yüksəlişin əsas səbəbi mal və xidmət alışında artımla bağlıdır. Keçən il eyni adda 10.5 milyard manatlıq vəsait varkən, bu il vəsait 20.3 milyard lirəyə çıxdı.
 Müxalifət.az