Türkiyədən Maduroya dəstək: Buna qarşıyıq!

Baxış sayı:
18445

Venesuelada qeyri-demokratik üsullarla qanuni hökumətlərin dəyişdirilməsi cəhdlərinə qarşıyıq.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Tvitter hesabında yazıb.
“Ölkədəki problemlərin dialoq yolu ilə həllinin tərəfdarıyıq. Venesuela xalqının daim yanındayıq”, - deyə XİN rəhbəri bildirib.
Qeyd edək ki, bu gün Venesuela müxalifəti Maduro hakimiyyətinə qarşı “Azadlıq” əməliyyatı finalının başlandığını elan edib.