Türkiyədən İsrailə sərt reaksiya: RƏDD EDİRİK

Baxış sayı:
4696

Türkiyənin Xarici İşlər Nazirliyi, Fələstinli məhəllələrin İsrailin suverenliyi çərçivəsində ayrı bir bələdiyyə quruluşu altına alınmasını mümkün hala gətirən qanun layihəsini rədd etdiklərini açıqlayıb
 
İsrail parlamenti Qüdsün hər hansı bir məhəlləsindən çəkilmə qərarı almaq üçün 120 yerlik parlamentdə ən azı 80 millət vəkilinin təsdiqini zəruri edən bir qanun qəbul edib. Türkiyə XİN, bəzi Fələstinli məhəllələrin İsrailin suverenliyi çərçivəsində ayrı bir bələdiyyə quruluşu altına alınmasını mümkün edən qanun layihəsini rədd etdiyi barədə bəyanat verib.
 
SABİTLİYƏ ZƏRƏR VERƏCƏK BİR ADDIMDIR
 
Bəyanatda bildirilib: "Qüdsün bəzi bölgələrindən imtina edilməsi üçün 80 millət vəkilinin razılığını tələb edən və ayrı-seçkilik divarının arasındakı bəzi Fələstinli məhəllələrin İsrailin suverenliyi çərçivəsində ayrı bir bələdiyyə quruluşu altına alınmasını mümkün edən qanun layihəsinin İsrail Parlamentində qəbul olunması sülh prosesinin zəminini dağıdan və regional sülh ilə sabitliyə zərər verəcək bir addımdır”.
 
İSRAİLİN BU ADDIMLARINI RƏDD EDİRİK
 
“İsrail tərəfindən atılan bu qatı addımlar 13 dekabr 2017-ci il tarixində keçirilən İƏT Fövqəladə Sammiti Yekun Bəyannaməsi ilə 10/19 saylı BMT Baş Məclisinin qərarında ifadəsini tapan, Qüdsün tarixi və hüquqi statusunun dəyişdirilməsinin qəbul edilməyəcəyinə dair beynəlxalq ictimaiyyətin iradəsinə ziddir. İsrailin bu addımlarını təhlükəli sayır və rədd edirik".
Müxalifət.az