​Türkiyədən İrandakı etirazlarla bağlı - BƏYANAT

Baxış sayı:
2513

Tükiyə Xarici İşlər Nazirliyi İranda son günlər şiddətlənən etiraz aksiyalar ilə bağlı bəyanat verib.
Muxalifət.az xəbər verir ki, XİN İranda əmin-amanlıq və sabitliyin qorunmasına önəm verdiyini bəyanatında qeyd edib.
"28 dekabr tarixində başlayan mitinqlərin yayılaraq davam etdiyi və olaylar zamanı ölənlərin olduğu, həmçinin dövlət binalarının zərər gördüyü istiqamətindəki xəbərlərdən narahatlıq keçiririk. Türkiyə dost və qardaş İranın ictimai əmin-amanlıq və sabitliyinin qorunmasına böyük əhəmiyyət verir. Bu baxımdan Prezident Ruhaninin xalqın dinc nümayiş keçirməyə haqqı olduğu, ancaq qanunların tapdalanmaması və dövlət malına zərər verilməməsi istiqamətində açıqlaması nəzərə alınaraq zorakılıqdan imtina edilməsi və təxribatlara gedilməməsinin lazım olduğunu düşünürük", - Türkiyə XİN-in bəyanatında qeyd edilib.