Türkiyədən Fransız nazirə sərt təpki: YALANDIR

Baxış sayı:
3853

Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Həmid Aksoy Fransız mətbuatında, Fransada Türk səfirliyinin dəstəklədiyi Türk məktəbi açılmasına dair çıxan xəbərlərin həqiqəti əks etdirmədiyini və ixəbərin məqsədli şəkildə manipulyasiya edildiyini söyləyib.
 
Sözçü Aksoy Fransada Türk məktəbi açılması məsələsində Fransız mətbuatında yer alan açaıqlamalar və Fransa Milli Təhsil nazirinin ifadələri haqqındakı suala yazılı cavab verib.
 
“XƏYAL MƏHSÜLÜDUR"
 
 Aksoy "Fransız mətbuatında, Fransada səfirliyin dəstəyilə Türk məktəbi açılması məsələsində son günlərdə çıxan bəzi məlumat və açıqlamalar ilə baş verən mübahisələr həqiqətləri əks etdirmir, özündə manipulyasiya ehtiva edir. Fransa Milli Təhsil nazirinin bu mövzuda dediyi ifadələri heyrət və təəssüflə qarşıladıq. Təhsil nazirinin bu proseslə bağlı düzgün məlumat vermədiyi görünür. Xəyal məhsuludur və tamamilə əsassız iddialara əsaslanan sözügedən açıqlamaların tərəfimizdən qəbul edilməsi söz mövzusu deyil" deyə qeyd edib.
Türkiyədə də Fransız məktəblərinin olduğunu xatırladan Aksoy, "Türkiyənin Fransız təhsil sistemi ilə uyğun olaraq açmağı nəzərdə tutduğu məktəblər üçün müzakirələr əsasən Türkiyədəki bu məktəblərlə paralel çərçivədə aparılır" deyib.
Aksoy habelə xəbərlərdə, prezident Rəcəb Tayyib Ərdoğanın hədəfə alındığını bildirərək “Mövzu ilə bağlı hörmətli prezidentimizi hədəf alan əsassız xəbərləri də şiddətlə qınayır və Fransız mətbuatı ilə rəsmi orqanlarını bu məsələdə ictimaiyyətə haqiqia niyyətli və dürüst informasiya verməyə dəvət edirik” deyə söyləyib.
Müxalifət.az