Türkiyədən Bərzaniyə çağırış: Bu xətadan dönün...

Türkiyənin Baş naziri Binəli Yıldırım İraq Kürd Muxtar Vilayətinin rəhbəri Məsud Bərzanini gec olmadan referendum qərarını ləğv etməyə çağırıb.
 
Baş nazir müstəqillik barədə referendumun bölgədə yeni bir münaqişənin yaranmasına gətirib çıxaracağını bildirib.
“İraq Kürd Muxtar Vilayətinin referendum qərarını açıqladığı andan Türkiyə bu qərarın yanlış olduğunu vurğuladı. İndiki halda görürük ki, Türkiyə, İraq hakimiyyəti, İran, BMT Təhlükəsizlik Şurası üzvləri, İngiltərə bu qərarın əleyhinə çıxış etdi. Bundan əlavə mübahisəli ərazilərin də referenduma daxil edilməsi şiddətlə rədd edildi və bu mənada Kərkük valisi vəzifəsindən uzaqlaşdırıldı. Türkiyə olaraq Məsud Bərzaniyə dostca çağırış edirik. Nə qədər gec deyil, bu xətadan geri dönün”, - baş nazir deyib./axar.az