Türkiyədən Avropaya incə “qazma gəmiləri” mesajı

Baxış sayı:
7276

Qərbdə “Fateh”, şərqdə “Yavuz”, cənubda “Barbaros” gəmiləriylə Kipr adasının 3 tərəfində neft və təbii qaz axtarış işlərini davam etdirən Türkiyə, Şərqi Aralıq dənizində enerji quldurluğuna keçid vermir. Şərqi Aralıq dənizində, Kipr Türklərinin və Türkiyənin haqlarını qorumaqda qərarlı olan Ankaranın, təhdidlərə imkan verməyəcəyi, Avropa Birliyinin sanksiya uydurmasınını boşa çıxacağı və Türk Kiprinin haqlarının Türkiyəyə əmanət olduğu bildirilir.
 
Şərqi Aralıq dənizi çanağında olan təbii qaz miqdarının Avropanın ehtiyaclarını 50 il müddətində ödəyə biləcəyi, bölgədəki neft ehtiyatının isə bunun yarısı qədər olduğu təxmin edilir. Enerji nəhənglərinin fokuslandığı Kipr Adası Livan, Suriya və İsrail arasında qalan Levant Hövzəsi adı verilən bölgədə 1.7 milyard barel neft ehtiyatı olduğu təxmin edilir. Bölgədəki toplam təbii qaz ehtiyatının isə 3.45 trilyon kub metr olduğu təxminləri edilir.
 
Mövzuya bağlı açıqlama verən Sakarya Universitetinin müəllim professor Əbubəkr Sofuoğlu Türkiyənin qarantor ölkə olduğunu ifadə edərək bunları dsöyləyib: "1959 London və Sürix anlaşmaları Türkiyəyə qarantorluq haqqı tanıdı. Ada sanki beşli bir quruluş üzərinə oturduldu. Hər quruluşun burada haqqı olacağı şəkildə müəyyən edildi. 1960 razılaşmasının üzərinə hələ yeni bir beynəlxalq razılaşma təsis edilə bilmədi. Türkiyə hərəkətli addım atmadığı zaman əlindəki haqlarının alındığını dəfələrlə görmüşdür. Türkiyə qarantorluq haqlarını istifadə etmək üçün bu addımı atmışdır. Yunanlar təbii qaz razılaşmalarını İsrail, Misir və İngiltərə ilə edir. Nə Kipr Türkləri ilə, nə də Türkiyəylə məsləhətləşilir. Bu vəziyyət razılaşmalara zidddir. Türkiyə həm öz, həm də Kipr Türklərinin haqqını qorumaq məcburiyyətindədir".
Müxalifət.az