​Türkiyədən "Altay" tankı ilə bağlı xəbərlərə - Reaksiya

Baxış sayı:
9757

Türkiyə Müdafiə Sənayesi Qurumu "Altay" tankı ilə bağlı məlumat yayıb.
Muxalifet.az xəbər verir ki, "Altay" tankının inkişaf etdirilməsi layihəsi ilə bağlı rəsmi olmayan məlumatlara etibar edilməməsi barədə ictimaiyyətə çağırış edilib.
Qeyd edilir ki, layihə çərçivəsində 22 dekabr 2017-ci ildə firmalardan təklif olub və sözügedən tenderə dair təkliflərin qiymətləndirilməsi prosesi davam edir. Qanunvericilikdə yer alan müddəalara əsasən, məxfi şəkildə tenderə dair proseslərin davam etdirilməsinin münasib olduğu söylənilib.
Qeyd edək ki, Türkiyənin milli tankı olan "Altay" tankının daha da inkişafı üçün tender elan edilib. Məsələ ilə bağlı bəzi mətbuat orqanlarında tenderlə bağlı müəyyən informasiyalar yayılıb.