Türkiyədən Afrinə “Zeytun Budağı” sərhəd məntəqəsi açıldı

Baxış sayı:
3685

Türkiyənin ticarət naziri Pekcan, Hataydan Afrinə “Zeytun Budağı” Sərhəd Məntəqəsinin 8 noyabrda açıldığını bildirib.
 
Qeyd edək ki, daha əvvəl Afrinə humanitar yardımların daha asan çatdırılmasını asanlaşdırmaq məqsədi ilə Hatayda yeni bir gömrük məntəqəsi açılması qərara alınmışdı.
 
İKİNCİ QAPI
 
Cilvegözündən sonra Hataydan Suriyaya açılacaq ikinci gömrük məntəqəsi olan “Zeytun Budağı” Sərhəd Məntəqəsi dünən etibarilə açılıb.
Qumlu rayonunun Hamam kəndi yaxınlığında açılan gömrük məntəqəsindən ticarət həyata keçiriləcək.
Müxalifət.az