Türkiyədən ABŞ-ın “yenidən oxu” tövsiyəsinə reaksiya

Baxış sayı:
5269

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın Suriyada atəşkəslə bağlı bəyanatına cavab verib.
Bu barədə XİN sözçüsü Hami Aksoy danışıb.
 “Türkiyə qərarı yaxşı oxusun” ifadəsi əsassızdır. BMT qərarında Afrinlə bağlı müddəa yoxdur”, - XİN rəsmisi bildirib.
Qeyd edək ki, Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ BMT Təhlükəsizlik Şurasının Suriyada bir aylıq “Humanitar atəşkəs” elan etməsinin “Zeytun budağı” əməliyyatına təsir göstərməyəcəyini demişdi. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert isə atəşkəsin bütün Suriyanı əhatə etdiyini və rəsmi Ankaraya BMT Təhlükəsizlik Şurasının qərarını yenidən oxumağı tövsiyə etmişdi./axar/