Türkiyədən ABŞ xəbərdarlığı: Son 24 saat...

Türkiyə Xarici İşlər Nazirliyi 5-ci səviyyəyə yüksələn “Mariya” qasırğasının Karib adalarının üzərindən keçərək Puerto Riko və ABŞ-ın Vircin adaları istiqamətində irəliləməsi ilə bağlı vətəndaşlarına xəbərdarlıq edib.
Axar.az xəbər verir ki, nazirlik yaydığı açıqlamada son 24 saat içində dağıdıcı hal alan qasırğanın sahil bölgələrində ciddi fəsadlara, dağıntılara yol açdığını bildirib.
“Vətəndaşlarımıza tövsiyə edirik ki, təcili vəziyyət olmadığı təqdirdə həmin bölgələrə səyahət etməsinlər”, - nazirliyin açıqlamasında deyilib.
Qeyd edək ki, bir neçə gün əvvəl “Mariya” qasırğasının saatda 225 kilometr sürətlə Karib adalarına doğru irəlilədiyi açıqlanmışdı.