Türkiyədən ABŞ və PKK-çılara sərt təpki: Gec olmadan çəkilin

Baxış sayı:
5509

Fəratın şərqinə yönəlik hərbi hərəkatın masada olduğu günlərdə, ABŞ-ın PKK-lı terrorçularla birgə patrul-keşik çəkməsinə Türkiyənin cavabı çox sərt oldu. Ankara, regionu bombardmana tutaraq Vaşinqtona mesaj göndərdi.
 
Bu artilleriya atışlarında çox sayda terror təşkilatı PKK mənsubu məhv edilmişdi. Ağır zərbə alan terror təşkilatında böyük təlaşın baş verdiyi ortaya çıxmışdı.
 
ASO BİRLİKLƏRİ GÖNDƏRİLİB
 
Ankara rəhbərliyinin, ABŞ-ın PKK-nı qorumaq üçün atdığı qalmaqal addımına cavabı çox sərt oldu. ABŞ-PKK birgə patrul- keşik çəkdiyi bölgəyə yaxın yerdəki Susk kəndi, fırtına topları vasitəsilə bombardmana tutulub. TSQ, PKK hədəflərini yerlə bir edərək, Vaşinqton rəhbərliyinə mesaj göndərib. Digər tərəfdən, Türkiyə, Fəratın şərqini terrorçulardan təmizləmək üçün hazırlıqlarına davam edir. Böyük hərəkat üçün son 48 saatda bölgəyə 1200 Azad Suriya Ordusu hərbçisi sövq edilib.
Müxalifət.az