Türkiyədən ABŞ sanksiyasına ilk cavab: İncirlikdəki ABŞ əsgərlərinə həbs tələb olundu

Baxış sayı:
3742

ABŞ ilə baş verən Brunson və sanksiya böhranından sonra Türkiyədən çox danışılacaq bir həmlə gəlib. Fethullahçı Terror Təşkilatı ilə Sivil Mübarizə Platfotması (TAYDER) Adana Baş Prokurorluğuna müraciət edərək, aralarında ABŞ Mərkəzi Qüvvələr Komandanı general Cozef Votel və İncirlik Bazasında vəzifəli zabitlərin olduğu 11 Amerikalı əsgərin həbs olunmasını tələb edib.
 
15 iyul dövlət çevrilişi cəhdində rol alan Adana İncirlik Hava bazasında vəzifəli və bu vəzifəlilərdən məsul ABŞ Hava Qüvvələri Komandanlığına bağlı rütbəli zabitlər haqqında istintaq açılması tələb olunub. Şübhəli Amerikalı zabitlər haqqında əsaslı cinayət şübhəsinin varlığı, yurd xaricinə qaçma ehtimalları də diqqətə alınaraq dərhal nəzarətə alınma qərarının verilməsi və bundan sonra həbs olunmaları üçün məhkəməyə sövq edilmələri tələb olunub.
Müxalifət.az