​Türkiyədən ABŞ-a qəti cavab: Əməliyyatın vaxtını...

Baxış sayı:
846

ABŞ PKK-nın Suriya qanadı YPG-yə dəstək verməyi dayandırmaqdansa bu terror təşkilatının güclənməsinə şərait yaradır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın deyib.
“Rəsmi Vaşinqtonun bu addımları narahatlıq doğurur. Türk ordusu ölkənin təhlükəsizliyini təmin etmək üçün lazımı addımları atmağa davam edəcək. Türkiyə terror təşkilatlarına qarşı görüləcək tədbirlərin tarixini özü müəyyən edəcək”, - İbrahim Qalın bildirib.
Qeyd edək ki, ABŞ Türkiyə sərhədinə YPG terrorçularından ibarət 30 minlik ordu yerləşdirəcəyini açıqlayıb.