Türkiyədən ABŞ-ın İstanbul seçkiləri açıqlamasına çox sərt təpki

Baxış sayı:
6193

Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ-ın İstanbul seçkiləri ilə bağlı açıqlamasına sərt cavab verib.
 
Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Morqan Ortagusun və ABŞ Konqres üzvlərinin İstanbulda yerli seçkilərin yenilənməsinə dair verdikləri açıqlamalara cavab verib.
Xarici İşlər Nazirliyinin sözcsü Hamid Aksoy tərəfindən edilən açıqlama bu şəkildədir;
“Azad və demokratik seçkilər Türkiyənin dövlət ənənəsinin əvəzolunmaz bir hissəsidir. Hər seçkidə əldə olunan yüksək iştirak faizi xalqımızın demokratiyaya olan bağlılığını və seçki sisteminə olan etibarını ən yaxşı şəkildə ortaya qoyur.
İstanbulda seçkilərin yenilənməsi qərarı 31 mart 2019-da keçirilən seçkilərdə qanuna zidd amillərin aşkar edilməsi səbəbilə alınmışdır və seçki nəticələrindən müstəqildir. Seçkiləri idarə etmə və nəzarət səlahiyyətini Konstitusiyamızdan alan və üzvləri yüksək məhkəmə orqanları nümayəndələri arasından seçilən Ali Seçki Komissiyası (YSK) tərəfindən alınan bu qərara hər kəsin hörmət etməsi lazımdır. Oxşar hadisələrin daha əvvəl ABŞ və başqa ölkələrdə də baş verdiyinin, bunların demokratiyanın normaları çərçivəsində həll olunduğunun yaddaşlarda saxlanması lazımdır.
Türk xalqının iradəsinin seçki qutularında ən doğru şəkildə əks olunması həm qanunlarımızın, həm də beynəlxalq öhdəliklərimizin bir gərəyidir. Bunun yerinə yetirilməsi, bundan əvvəlki seçkilərdə olduğu kimi, 23 iyunda keçiriləcək seçkilərdə də ölkəmizin prioriteti olacaq".
Müxalifət.az