​TÜRKİYƏDƏN ABŞ-A AFRİN CAVABI!

Baxış sayı:
5656

Muxalifət.az xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Aksoy Amerika XİN-in açıqlamasında cavab verərək, “ABŞ Xarici İşlər Nazirliyinin BMT TŞ-nın qərarı Türkiyə tərəfindən yaxşı-yaxşı oxunmalıdır” açıqlaması tamamilə əsassızdır”, - deyə bəyan edib.
Xəbər verdiyimiz kimi, ABŞ XİN-in mətbuat katibi Hizer Noyert Türkiyənin Afrinə qarşı başladığı əməliyyatla bağlı deyib: “Atəşkəs bütün Suriyada keçərlidir, Türkiyə BMT-nin qəbul elədiyi atəşkəs qanununu yaxşı oxumalıdır”.
Aksoy deyib: “BMT TŞ-nın 2401 saylı qətnaməsi Şərqi Qutaya aiddir. Lakin, Afrində baş verənlər qərarda yazılan şəkildə dinc vətəndaş-terrorçu ayrı-seçkiliyi aparılmayan döyüş yox, Suriyanın ərazi bütövlüyünü və Türkiyənin milli təhlükəsizliyini hədəfə alan və terror təşkilatlarına qarşı aparılan mübarizədir. Türkiyə, Suriyadakı döyüşlərdə tərəflərdən biri deyil. Türkiyə Afrində apardığı “Zeytun budağı” əməliyyatında BMT-nin müddəlarının 51-ci maddəsinə uyğun olaraq, özünü müdafiə hüququndan istifadə eləməkdədir. Buna görə də ABŞ XİN mətbuat katibinin “Türkiyə qətnaməni yaxşı-yaxşı oxumalıdır” sözləri tamamilə əsassızdır və qərarın hədəfini anlamadığını, yaxud da hədəfi yayındırmağa çalışdığını göstərir”./Hurriyyet.org