Türkiyədə xidməti velosipedlə işə gedən başqan

Baxış sayı:
7240

Türkiyədə təxminən 4 il əvvəl ilk dəfə Qaziantep Böyükşəhər Bələdiyyəsi nəzdində yaradılan Əlillər İdarəsinin başqanı Yusuf Çələbi, həm sağlam yaşamaq, həm də ətrafdakıların diqqətini cəlb etmək üçün xidməti avtomobil deyil, xidməti velosipeddən istifadə edir.
 
Hər səhər vəzifə kostyumu ilə sürücünün nəzarətindəki iki nəfərlik velosipedlə evindən ayrılan Çələbi, avtomobil sürücülərinin və vətəndaşların çaşqın baxışları arasında pedal fırlayır. Təxminən 10 dəqiqə davam edən səfəri boyu fərəhli anlar yaşayan Çələbi, digər qurumları ziyarətdə də xidməti nəqliyyat kimi velosipeddən istifadə edir. Həm idman edir, həm də avtomobil yolunun sıxlığından xilas olaraq, vaxta qənaət edir.
Əlillərin şəhər həyatının hər sahəsində yer alması lazım olduğuna diqqəti çəkən Çələbi, velosiped və birgə yaşamaq mədəniyyətini aşılamaq üçün pedal fırlayır. Türkiyə Əlillər Konfederasiya başqanı olan Yusif Çələbi, mediaya verdiyi açıqlamada, velosipedə minmənin səadətini yaşadığını söyləyib.
Müxalifət.az