​Türkiyədə vikinq qılıncı tapıldı

Baxış sayı:
6001

Türkiyənin Antalya vilayətinin qədim Patara şəhərində arxeoloji qazıntılar zamanı vikinq qılıncı tapılıb.
Muxalifet.az xəbər verir ki, qılınc IX-X əsrə aiddir.
Akdeniz universitetinin professoru Feyzulla Şahin bildirib ki, qılınc vikinqlər dövrünə aiddir. O, ehtimal edir ki, qılıncın sahibi Bizans ordusunda muzdla xidmət edib və dənizdəki müharibədə iştirak edib. Alim qeyd edib ki, bu, Türkiyə ərazisində tapılan ikinci vikinq qılıncıdır. Ehtimal edilir ki, qılıncı döyüşçünün qəbrinə qoyublar.
Bizans mənbələrindən məlumdur ki, vikinqlər muzdlu döyüşçü kimi X əsrdən Bizans imperatorlarına xidmət ediblər. 
Qeyd edək ki, Patara Likiya ittifaqının əsas liman və iri şəhərlərindən biri olub.